06/07/2019
16:47
2774
| A A A
Çili millisində ağır itki

Amerika kubokunda 3-cü yer uğrunda matçda Argentina ilə Çili qarşılaşacaq.

Goal.az xəbər verir ki, Çili millisi sözügedən qarşılaşmaya ciddi itki ilə çıxa bilər. Bu barədə yığmanın baş məşqçisi Reynaldo Rueda yerli mətbuata açıqlamasında deyib. O, Arturo Vidalın zədəsinin olduğunu bildirib:

“Vidalın ayağında ağrılar var. Hazırda həkim tərəfindən müayinə olunur. Onun Argentina ilə matçda iştirakı sual altındadır. Ancaq biz Vidalın xarakterini bilirik. Oyunda iştirak etmək üçün əlindən gələni edəcək”.

Argentina – Çili matçı bu gün, saat 23:00-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34125 səs