07/07/2019
10:20
2975
| A A A
Messi bürünc medaldan imtina etdi

Argentinanın futbol üzrə milli komandasının kapitanı, ulduz futbolçu Lionel Messi hakimə etiraz əlaməti olaraq Amerika Kuboku 2019-da qazandıqları bürünc medalı almaqdan imtina edib.

Goal.az xəbər verir ki, bu barədə ulduz futbolçu matçdan sonra jurnalistlərə verdiyi müsahibədə deyib.

"Turnir ərzində bizə qarşı baş verən korrupsiya və hörmətsizliyin bir hissəsi olmamaq üçün medal almaq üçün podiuma getmədim. Biz daha yaxşısına layiq idik, lakin bizə finalda oynamağa imkan vermədilər. Korrupsiya və hakimlər insanlara futboldan zövq almağa imkan vermirlərr", - deyə Messi bildirib.

Qeyd edək ki, Argentinanın Çilini 2:1 hesabı ilə məğlub edərək, Amerika Kubokunda üçüncü yerə layiq görülüb. Hakim oyunun 37-ci dəqiqəsində isə Messiyə rəqibinə etdiyi kobudluğa görə qırmızı vərəqə göstərərək meydandan qovub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34132 səs