07/07/2019
21:46
2570
| A A A
Qadınlar arasında dünya çempionatı yekunlaşdı

Qadın futbolçulardan ibarət milli komandalar arasında Fransada təşkil olunan dünya çempionatına yekun vurulub.

Goal.az xəbər verir ki, həlledici oyunda ABŞ və Hollandiya yığmaları üz-üzə gəlib.

Qarşılaşma amerikalıların inamlı qələbəsiylə yekunlaşıb – 2:0. ABŞ-a çempionluğu qazandıran qollara 61-ci dəqiqədə penaltidən fərqlənən Meqan Rapinoe və 69-cu dəqiqədə Lavelle imza atıb.

Beləcə, son üç dünya çempionatında finalda oynayan ABŞ yığması ardıcıl ikinci dəfə mundialın qalibi olub. Bütövlükdə isə sözügedən komanda 4-cü dəfə dünya çempionu olur (1991, 1999, 2015, 2019).

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21950 səs