14/07/2019
18:30
2891
| A A A
Rəqibin əli ilə özünü vuraraq simulyasiya etmək istədi - VİDEO

Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin Kot-d'İvuar - Əlcəzair oyununda maraqlı hadisə yaşanıb.

Goal.az xəbər verir ki, epizodların birində əlcəzairli müdafiəçi Remi Bensabayini rəqib hücumçu Vilfrid Zahanı meydandan qovdurmaq üçün qeyri-adi üsula əl atıb. Hücumçunun qolundan tutan Bensabayini bilərəkdən öz üzünə zərbə endirib. Daha sonra isə simulyasiya edərək, özünü yerə atıb.

Ancaq epizodu düzgün dəyərləndirən baş hakim müdafiəçinin təxribatının qarşısını alıb.

Qeyd edək ki, əsas vaxtı 1:1 başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Əlcəzair millisi yarımfinala çıxıb. Onlar bu mərhələdə Nigeriya ilə qarşılaşacaqlar.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7181 səs