Argentina millisinin baş məşqçisi müqaviləsini yenilədi
Argentina Futbol Federasiyası millinin baş məşqçisi Lionel Skaloni ilə yeni müqavilə imzalayıb.
Goal.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilənin müddəti 2022-ci ilin sonuna kimi uzadılıb. Bu isə o deməkdir ki, komanda 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazansa, mundialda yığmanın başında məhz Skaloni olacaq.
Qeyd edək ki, Skaloni DÇ-2018-dən sonra millini çalışdırır.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ