31/08/2019
12:02
1143
| A A A
FIFA İran yığmasının futbolçusunu diskvalifikasiya etdi

FIFA İran millisinin futbolçusu Saman Qoddosu 4 ay müddətinə diskvalifikasiya edib.

Goal.az-ın məlumatına görə, buna İsveç əsilli hücumçunun transfer razılaşmamasına əməl etməməsi səbəb olub. Qoddos 2018-ci ilin avqustunda İsveç "Östersun"undan Fransa "Amyen"inə 4 milyon avroya keçib. İspaniya "Ueska"sı isə bu transferlə bağlı şikayət edib. Bu klub forvardın keçidinə dair "Östersun"la daha əvvəl razılaşdığını və futbolçunun özü ilə şəxsi müqavilə bağladığını xatırladıb.

FIFA-nın Mübahisəli Məsələlərin Həlli üzrə Palatası "Ueska"nın şikayətini təmin edib. Qoddos İspaniya klubuna 4 milyon avro kompensasiya ödəyəcək. Bundan başqa futbolçuya və "Östersun"a idman sanksiyaları tətbiq olunub.

FIFA-nın qərarından 21 gün ərzində şikayət etmək olar.(report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33742 səs