03/09/2019
13:08
1085
| A A A
Eyni tarixdə, eyni hakim

AVRO-2020-nin seçmə mərhələsində Uels - Azərbaycan oyununa təyinat alan Trustin Farrucia Kann yad sima deyil. 

Goal.az-ın məlumatına görə, maltalı referinin yolu ikinci dəfə Azərbaycan təmsilçisi ilə kəsişir.

34 yaşlı hakim buna qədər bir dəfə 21 yaşadək futbolçulardan ibarət millimizin oyununda ədalət təmsilçisi olub. U-21 millimizin AVRO-2019-un seçmə mərhələsi çərçivəsində ötən ilin sentyabr ayının 6-da İsrailə qarşı matçını məhz Kann idarə edib. "Dalğa Arena"da baş tutan və Renat Dadaşovun fərqləndiyi qarşılaşmada 1:1 hesabı qeydə alınıb.

Ümumiyyətlə, Trustin Farrucia Kann beynəlxalq arena üçün təcrübəli hakim sayılmır. 2015-ci ildən FIFA referisi adını daşıyan maltalı əsasən avrokuboklarda təsnifat mərhələsinə və aşağı yaş qrupu üzrə yığmaların oyunlarına təyinat alıb. O, yalnız 1 dəfə əsas yığmaların matçında fit çalıb. Bu, ötən il Cəbəllütariqlə Latviya (1:0) arasında keçirilən yoldaşlıq görüşünə təsadüf edib.

Qeyd edək ki, Uels - Azərbaycan matçı sentyabrın 6-da Kardiffdə keçiriləcək. (matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33950 səs