07/09/2019
12:23
1449
| A A A
Verratti İtaliya yığmasının düşərgəsini tərk etdi

Futbol üzrə İtaliya yığması ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, PSG-nin da şərəfini qoruyan yarımmüdafiəçi Marko Verratti AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Ermənistanla səfər oyununda növbəti sarı vərəqəsini alıb.

Artıq sarı vərəqə limitini dolduran futbolçu Finlandiya ilə qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək. Bu üzdən də o, milli rəhbərliyindən icazə alaraq düşərgəni tərk edib və PSG-nin düşərgəsinə qayıdıb.

Seçmə mərhələdəki bütün oyunlarından qalib ayrılan İtaliya yığması Finlandiya ilə sentyabrın 8-də səfərdə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs