19/09/2019
15:33
1098
| A A A
Məşhur məşqçi istefa verdi
Çinin U-22 millisinin baş məşqçisi  Qus Hiddink istefaya göndərilib.

Goal.az xəbər verir ki, Çin Futbol Federasiyasının rəhbərliyi məşhur mütəxəssisin mətbuatla danışıq üslubunu bəyənmədiyi və millinin nəticələrindən narazı olduğu üçün bu addımı atıb. Xüsusilə, komandanın Vyetnama məğlubiyyəti istefa qərarında mühüm rol oynayıb. Onu Çinin qadın millisinin sabiq baş məşqçisi Xao Veyin əvəzləyəcəyi bildirilib.

Qeyd edək ki, hollandiya çalışdırıcı ötən ilin sentyabrında yığmaya baş məşqçi təyin olunmuşdu.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36021 səs