23/09/2019
10:56
921
| A A A
Avro-2020: Millimiz Macarıstranla oyunu boş tribunalar önündə keçirə bilər

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu boş tribunalar önündə keçirə bilər.

Goal.az xəbər verir ki, buna səbəb sentyabrın 9-da Budapeştdə baş tutan Macarıstan – Slovakiya matçında (1:2) hər iki komandanın tərəfarları arasında baş verən insidentdir. UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin baş verənlərə görə hər iki komandaya cəza və cərimə tətbiq edəcəyi gözlənilir.

Bildirilir ki, hər iki kollektiv növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası ala bilər. Bu reallaşarsa, Macarıstan – Azərbaycan və Slovakiya – Uels qarşılaşmaları boş tribunalar önündə oynanılacaq. Üstəlik, hər iki yığmanın təmsil etdiyi federasiyalar 20 min avro cərimələnəcəklər.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçiriəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.