23/09/2019
14:35
1303
| A A A
Kuper millidən ayrıldı

Özbəkistan yığmasının baş məşqçisi Ektor Kuper postundan ayrılıb.

Goal.az Özbəkistan Futbol Assosiasiyasına istinadən xəbər verir ki, mütəxəssisin müqaviləsinə xitam verilib. Qərarın səbəbi açıqlanmasa da, anlaşmanın ləğvinə argentinalı mütəxəssisin də razılıq verdiyi vurğulanıb.

Qeyd edək ki, Ektor Kuper ötən ilin avqustunda 3 illik müqavilə imzalamışdı.