08/10/2019
12:02
963
| A A A
İtaliya yığmasında ciddi itki

İtaliya milli komandası ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, yığmanın futbolçusu Stefano Sensi zədələnib. Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İnter-də forma geyinən Sensi, A Seriyasının 7-ci turunun Juventus-la oyununda (1:2) zədələnib.

24 yaşlı yarımmüdafiəçi İtaliya millisinin heyətindən çıxarılıb. İtaliya yığması AÇ-2020-nin seçmə mərhələsində oktyabrın 12-də Yunanıstan, 15-də isə Lixtenşteynlə qarşılaşacaq.