09/10/2019
12:25
1777
| A A A
Mbappe Fransa millisinin heyətindən çıxarıldı

PSG-nin futbolçusu Killian Mbappe Fransa millisinin heyətindən çıxarılıb.

Goal.az-ın Fransa Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, buna onun zədəsini tam sağalda bilməməyi səbəb olub.

20 yaşlı hücumçu Avro-2020-nin seçmə mərhələsində oktyabrın 11-i İslandiya, oktyabrın 14-ü Türkiyə ilə matçları buraxacaq.

money.az currency