12/10/2019
14:26
1341
| A A A
Fransa yığmasında ağır itki

Fransa millisi ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, komandanın aparıcı üzvü Nqolo Kante Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə səfərdə keçirilən oyundan (1:0) öncə isinmə hərəkətləri edərkən zədələnib. Chelsea-nin futbolçusunun zədəsinin nə qədər ciddi olduğu hələlik məlum olmasa da, 28 yaşlı yarımmüdafiəçinin seçmə mərhələnin növbəti turunda Türkiyə ilə oyununda meydana çıxa bilməyəcəyi bildirilir.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Fransa – Türkiyə matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs