14/10/2019
12:04
1719
| A A A
Braziliyanın oyunu zamanı Neymar zədələnib

Futbol üzrə Braziliya yığma komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Goal.az xəbər verir ki, sözügedən kollektiv Nigeriya millisi ilə üz-üzə gəlib.

1:1 hesabıyla başa çatan qarşılaşma Braziliya yığmasının hücumçusu Neymar üçün uğursuz bitib. Belə ki, matçın əvvəlindəcə zədələnən futbolçu 12-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Fransa çempionu PSG-nin şərəfini qoruyan hücumçunun vəziyyətinə qarşıdakı günlərdə ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8571 səs