15/10/2019
14:52
578
| A A A
Macarıstanlı futbolçu millimizlə matçda niyə heyətə salınmayıb?

Macarıstan yığmasının AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla son oyununda yarımmüdafiəçi Adam Nadın oynamaması müxtəlif söz-söhbətlərə səbəb olub.

Goal.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, ictimaiyyət baş məşqçi Marko Rossinin Bristol City-nin futbolçusu ilə problem yaşadığını iddia edib.

Həkim raportundan sonra səbəbin heç də bu olmadığı üzə çıxıb. Cəzalı olduğu üçün Xorvatiya ilə qarşılaşmanı buraxan Nad sən demə eyni zamanda zədədən əziyyət çəkirmiş. Məhz bu səbəbdən italiyalı mütəxəssis 24 yaşlı orta sahə oyunçusunu yığmamızla görüşün "23-lüy"ünə daxil etməyib. Ancaq onun durumunun ciddi olmadığı, klubuna kömək edə biləcəyi vurğulanıb. Rossi sadəcə, oyunçusunu riskə atmaq istəməyib.

Qeyd edək ki, Budapeştdə keçirilən Macarıstan - Azərbaycan görüşü ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs