29/10/2019
16:51
988
| A A A
Moldova millisinin yeni baş məşqçisi müəyyənləşdi

Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib.

Goal.az-ın Moldova Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə türk çalışdırıcı Engin Fırat təyin edilib. O, istefaya göndərilən Semyon Altmanı əvəzləyib. 49 yaşlı mütəxəssisin Avro-2020-nin seçmə mərhələsində noyabrda keçiriləcək Fransa və İslandiya ilə matçlarda komandanın başında olacağı bildirilib.

Qeyd edək ki, Türkiyə və Almaniya klublarında əsas məşqçi və köməkçi kimi işləyən E.Fıratın son olaraq ABŞ-ın Dallas City  klubunda texniki direktor olub.

İranın bir sıra klublarını da çalışdırmış E.Fırat 2008-2009-cu illərdə millidə Əli Daeinin köməkçisi işləyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs