15/11/2019
13:20
2462
| A A A
Ronaldo rekorda yaxınlaşdı

AVRO-2020-nin seçmə mərhələsində Portuqaliyanın Litva6:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada kapitan Kriştiano Ronaldo 3 qola imza atıb.

Goal.az xəbər verir ki, 34 yaşlı forvard bununla karyerasında 55-ci het-trikini edib.

O, bunun 9-na millidə nail olub. Maraqlıdır ki, Ronaldo buna qədər sonuncu dəfə bu ilin sentyabrında yenə Litva ilə görüşdə 3 və daha çox qol vurmuşdu.

Juventus-un superulduzu həm də Portuqaliya millisindəki qollarının sayını 98-ə çatdırıb. İndi onu rekordçu Ali Daidən (109 qol) cəmi 11 top ayırır.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1139 səs