15/11/2019
12:22
1909
| A A A
Keyni rekorddan 1 qol ayırır

AVRO-2020-nin seçmə mərhələsində Monteneqro üzərində 7:0 hesablı qələbə qazanan İngiltərə yığmasının hücumçusu Harri Keyn het-trikə imza atıb.

Goal.az xəbər verir ki, o, bu il ərzində yığmasının heyətindəki ümumi qolların sayını 11-ə çatdırıb.

Keyn bununla Piter Krauça məxsus (2006-cı il) göstəricini təkrarlayıb. Bu baxımdan rekord isə Corc Hilsdon və Diks Dinə məxsusdur. İngiltərə millisinin sabiq üzvləri müvafiq olaraq 1908 və 1927 ildə 12 dəfə fərqlənib. Keyn noyabrın 17-də Kosovo ilə qarşılaşmada daha bir qol vurarsa, rekordu təkrarlayacaq.

Millinin heyətindəki ümumi qolların sayını 31-ə çatdıran Keyn əfsanəvi futbolçular Frenk Lempard və Alan Şireri geridə qoyaraq, 6-cı pilləyə yüksəlib. O, hazırda Maykl Ouen (40 qol), Cimmi Qrivz (44), Qari Lineker (48), Bobbi Çarlton (49) və Ueyn Runidən (53) geri qalır.

Bundan başqa, ingilislər 32 ildən sonra doğma meydanda rəqib qapısından 7 top keçirməyi bacarıblar. "Dumanlı Albion" təmsilçisi sonuncu dəfə 1987-ci ildə Türkiyə yığmasını 8:0 hesabı ilə məğlub etmişdi.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1060 səs