09/12/2019
17:19
2851
| A A A
Məşhur futbolçulardan Surinam millisinə dəstək

Niderlandlı futbolçular – Kvinsi Promes, Cermeyn Lens və Corcinyo Veynaldum Surinam milli komandasına dəstək olub.

Goal.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Din Horre goal.com-a açıqlamasında deyib. Horre hər üç futbolçunun milli komandanın Niderlandda təlim-məşq toplanışını təşkil etmək üçün kömək edəcəklərini bildirib.

Promes, Veynaldum və Lens Surinam əsilli niderlandlı futbolçulardır.