19/12/2019
12:21
2181
| A A A
Van Nistelroy Hollandiya yığmasına qayıtdı

Hollandiya millisinin məşqçilər korpusuna yeni şəxslər əlavə ediləcək.

Goal.az xəbər verir ki, AVRO-2020-dən öncə Rud van Nistelroy və Marten Stekelenburqun baş məşqçi Ronald Kumanın rəhbərlik etdiyi məşqçilər korpusuna daxil olacağı bildirilir.

Hazırda Everton-un futbolçusu olan Stekelenburq yaxın zamanda karyerasını bitirib, yeni işinin icrasına başlayacaq. Van Nistelroy isə hazırda PSV-nin akademiyasında çalışır və AVRO-2020-nin başlamasına az vaxt qalmış Eyndhoven təmsilçisindəki işindən ayrılıb, yığmaya gedəcək.

Hollandiya millisi AVRO-2020-nin C qrupunda Ukrayna və Avstriya ilə qarşılaşacaq. Bu komandaların sonuncu rəqibi Millətlər Liqasının D liqasının qalibi olacaq.

Qeyd edək ki, Rud van Nistelroy 70, Stekelenburq isə 58 dəfə Hollandiya millisinin şərəfini qoruyub.