03/01/2020
16:57
1930
| A A A
Venesuela millisində məşqçi ayrılığı

Venesuela millisinin baş məşqçisi Rafael Dudamel istefa verib.

Goal.az xəbər verir ki, bu barədə məlumatı 2016-cı ildən yığmaya rəhbərlik edən mütəxəssis verib.

46 yaşlı Dudamel yığmadan federasiya rəhbərliyi ilə fikir ayrılığı yaşadığına görə getdiyini açıqlayıb: "Düşündüm, getməyim daha yaxşıdır. Çünki federasiya rəhbərliyi ilə münasibətlərimiz qaydasında deyildi, fikirlərimiz əks gəlirdi. Bu şəraitdə burada işləyə bilməzdim".

Məşqçi artıq özünə yeni iş yeri də tapıb. O, Braziliyanın "Atletiko Mineyro" klubun çalışdıracaq.