04/01/2020
17:11
1604
| A A A
Qanada bütün milli komandaların baş məşqçiləri rüşvətə görə qovulub

Qana Futbol Assosiasiyası (GFA) bütün kişi və qadınlardan ibarət milli komandaların baş məşqçilərini qovmağı qərara alıb.

Goal.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım araşdırma xarakterli sənədli filmdə səsləndirilmiş rüşvət və korrupsiya ittihamlarından sonra atılıb. Beləliklə, GFA prezidenti vəzifəsinə 2019-cu ilin oktyabrında seçilmiş Kurt Okraku radikal qərar qəbul edib.

Qeyd edək ki, Qananın kişilərdən ibarət millisinin baş məşqçisi Kvesi Appia idi. O, ilk dəfə 2012 - 2014-cü illərdə rəhbərlik etdikdən sonra 2017-ci ildə ikinci dəfə komandanın sükanı arxasına keçmişdi.(report)