03/02/2020
20:44
2096
| A A A
Venesuela millisində yeni baş məşqçi

Futbol üzrə Venesuela milli komandasının yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, yığmanın “sükan”ı Joze Pezeyruya tapşırılıb. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Pezeyru məşqçilik karyerasında ikinci dəfə milli komanda çalışdıracaq. 59 yaşlı mütəxəssis 2009-2011-ci illərdə Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik edib.

Pezeyru Real-da köməkçi məşqçi, Porto, Braga, Panatinaicos, kimi klublarda baş məşqçi kimi işləyib. Portuqaliyalı mütəxəssisin son iş yeri Lissabon Sporting-i olub.