İsveçrə millisində yeni müqavilə
İsveçrə Futbol Federasiyası yığmanın baş məşqçisi Vladimir Pektoviçlə müqaviləni uzadıb.
Goal.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti DÇ-2022-nin sonuna kimi nəzərdə tutulub. Lakin İsveçrə millisi mundiala vəsiqə qazana bilməsə, müqaviləyə erkən xitam verilməsinə dair ilkin razılıq da əldə olunub.
Xatırladaq ki, Pektoviç İsveçrə yığmasını 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında Avro-2016-nın, DÇ-2018-in iştirakçısı olub. İsveçrə millisi Avro-2020-nin də final mərhələsinə vəsiqə qazanıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR