26/02/2020
13:05
2025
| A A A
Saxtakar federasiya prezidenti futboldan uzaqlaşdırıldı

FİFA Uruqvay Futbol Federasiyasının sabiq prezidenti Vilmar Valdesi cəzalandırıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

FİFA-nın etik komitəsinin hüquq palatasının qərarına əsasən, Vilmar Valdes bir il müddətinə futbol sahəsində çalışmaqdan məhrum edilib. Sabiq prezident 10 min İsveçrə frankı məbləğində cərimə də olunub.

Cəzaya Valdesin FİFA-nın etik qaydalarını pozması səbəb göstərilir. Belə ki, o, FİFA-nın və KONMEBOL-un İcraiyyə Komitəsinin üzvü kimi bəzi tenderlərin təşkilində saxtakarlığa yol verib, həmin tenderlərin öncədən razılığa gəldiyi biznesmenlərin qazanmasına şərait yaradıb. Bütün bunlar onun səs yazısının olduğu faktlarla isbatlanıb.

Vilmar Valdes 2018-ci ilin iyul ayında Uruqvay Futbol Federasiyasının prezidenti postundan istefa verib. Həmin vaxt o, istefasının ailə məsələləri ilə əlaqədar olduğunu və şəxsi xarakter daşıdığını bəyan etmişdi. Valdes 2014-cü ildən UFF-ə rəhbərlik edirdi.  (sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8455 səs