08/03/2020
15:48
953
| A A A
Uels yığmasında ciddi itki

Uels milli komandasının üzvü Co Allen zədələnib.

Goal.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi Stoke City-nin rəsmi saytı məlumat yayıb. Çempionşipin 27-ci turunun Hull City ilə matçında (5:1) zədələnən Allen üçün mövsüm başa çatıb.

Stoke City klubunun yaydığı açıqlamada, yarımmüdafiəçinin böyük ehtimalla AÇ-2020-ni buraxacağı bildirilir.

Uels milli komandası AÇ-2020-nin qrup mərhələsində İtaliya, Türkiyə və İsveçrə ilə mübarizə aparacaq. Uels yığması İsveçrə və Türkiyə ilə oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.