09/04/2020
13:28
1281
| A A A
FİFA-nın yeni reytinq cədvəli açıqlandı

FIFA milli komandaların yeni siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, Azərbaycan millisinin yeri dəyişməz qalıb. Hazırda baş məşqçisi olmayan yığma 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Digər yığmalardan əksəriyyətinin də mövqeyində ciddi dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.

Yeganə dəyişiklik Cənubi Sudan millisinin yoldaşlıq matçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5827 səs