19/05/2020
11:37
385
| A A A
Millinin baş məşqçisi ilə yeni müqavilə

Polşa millisinin baş məşqçisi Yeji Bjençeklə müqavilənin müddətini uzadılıb.

Goal.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yeni müqavilə 2021-ci ilin sonunadək nəzərdə tutulub. 49 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində də komandaya rəhbərlik edəcək.

Polşa DÇ-2022-yə vəsiqə qazansa, Bjençekin müqaviləsi daha bir il uzanacaq. Bununla belə, polşalı baş məşqçinin sözləşməsinin 2021-ci ilin avqustunda ləğv olunma maddəsi də sənəddə əksini tapıb.

Qeyd edək ki, Yeji Bjençek Polşa yığmasında 2018-ci ilin iyulundan işləyir. Polşa 2021-ci ildə keçiriləcək AÇ-2020-də çıxış edəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5807 səs