12/10/2020
13:23
10541
| A A A
Ronaldo Avropada 3-cü, dünyada 11-ci oldu

Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində 167-ci matçına çıxıb.

Goal.az xəbər verir ki, 35 yaşlı hücumçu UEFA Millətlər Liqasında III turun Fransa ilə səfər qarşılaşmasında start heyətdə yer alıb. Ronaldo öz ölkəsinin futbolçularından ən yaxın izləyicisi Luis Fiqunu 40 oyun geridə qoyub.

Avropada o, latviyalı Vasili Astafyev və ispaniyalı İker Kasilyasa çatıb. Təcrübəli forvardla müqayisədə italiyalı Canluici Buffon (176) və ispaniyalı Serxio Ramos (174) yığmada daha çox oyun keçirib.

Dünyada isə Ronaldo hazırda Astafyev və Kasilyasla birgə 11-ci yeri bölüşür. Növbəti matçında o, ilk "10-luğ"a daxil olacaq.

Qeyd edək ki, rekord misirli Əhməd Həssənə (184) məxsusdur.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9736 səs