07/01/2021
14:31
1325
| A A A
AFFA xahiş etdi, De Byazi bu işi öz üzərinə götürdü

Azərbaycanın əsas və gənclərdən ibarət millilərinin futbolçularının legioner həyatı yaşamaq perspektivi yaranıb.

Goal.az xəbər verir ki, AFFA bununla bağlı Canni De Byazi ilə məsləhətləşib.

Federasiya rəhbərliyi yığmanıın baş məşqçisindən bu məsələdə kömək istəyib. İtaliyalıı çalışdırıcı təklifi müsbət qarşılayıb.

65 yaşlı mütəxəssis əlaqələrindən yararlanaraq, mililərimizin oyunçularını İtaliya və İspaniya kimi bir neçə Avropa ölkəsinin klublarına istiqamətləndirəcəyini bildirib.

O, bunun vacib olduğunu, komandanın ümumi potensialını yüksəldəcəyini deyib. De Byazi Azərbaycanda istedadlı gənclərlə tez-tez qarşılaşdığını, sadəcə, təqdimatın zəifliyi səbəbindən xarici klubların onları diqqət qaçırdığını söyləyib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs