08/01/2021
16:14
1322
| A A A
Premyer Liqa klublarımızın yoxlama matçları

Azərbaycan Premyer Liqasında çıxış edən klublar qış təlim-məşq toplanışına start veriblər.

Goal.az xəbər verir ki, komandalar qarşıdakı günlərdə yoxlama matçlarında da qüvvələrini sınayacaq.

Neftçi, Zirə və Sumqayıt hərəyə 2, digərləri isə hərəyə 1 sınaq matçı keçirəcəklər. Görüşlər yanvarın 10-u və 14-də olacaq.

10 yanvar

15:00. "Neftçi" - "Kəpəz"

"Türk Hava Yolları Futbol Mərkəzi”nin stadionu

16:00. "Zirə" - "Sumqayıt"

"Dalğa Arena" stadionu

14 yanvar

16:00. "Neftçi" - "Keşlə"

"Bakcell Arena"

16:00. "Qarabağ" - "Zirə"

Tofiq Bəhramov adına Respublika stadionu

"Sumqayıt" - "Qəbələ" (Yeri və saatı açıqlanmayıb)

"Sabah" - "Səbail" (Saatı açıqlanmayıb)

"Bank Respublika Arena"

Qeyd edək ki, Premyer Liqada qış fasiləsi yanvarın 21-də başa çatacaq.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs