09/01/2021
15:57
1459
| A A A
2 klubumuzdan nigeriyalı hücumçuya təklif

Qəbələ-nin futbolçusu Ceyms Adeniyi Azərbaycanda daha iki klubun maraq dairəsinə düşüb.

Goal.az xəbər verir ki, bu barədə nigeriyalı hücumçunun özü məlumat verib.

Bir müddət öncə adı Neftçi ilə hallanan 29 yaşlı forvard bildirib ki, Zirə və Keşlə də onu heyətinə cəlb etmək istəyir:

"İsrailin Hapoel (Kiryat-Şmona) klubuna keçib-keçməyəcəyimi hələ bilmirəm. Çünki Azərbaycan və Türkiyədən təkliflərim var. Neftçi ilə yanaşı, Zirə və Keşlə də xidmətimdə maraqlıdır. Hazırda təklifləri götür-qoy edirəm".

Qeyd edək ki, 2019-2020 mövsümünü icarə əsasında Hapoel-də keçirmiş Adeniyinin Qəbələ ilə bu ilin yayınadək müqaviləsi var. (Report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs