12/01/2021
12:43
2658
| A A A
Qarabağ-dan son 17 ilin rekordu

Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinin ən məhsuldar komandası Qarabağ olub. 

Goal.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri çempionatın startından keçirdiyi 12 matçda 31 qol vurub. 

Bu, son 17 ilin mütləq rekordudur. 2004/05 mövsümündən indiyədək heç bir komanda ilk 12 oyunda bu qədər qol vurmayıb. Bunadək də rekord 2004/05 mövsümündə 29 dəfə fərqlənən Ağdam klubuna məxsus idi.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt Qarabağ 36, Şəmkir 31 dəfə rəqib qapısına yol tapıb.

1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, startdakı 12 matçda 31 və ya daha çox qolun vurulmasına 14-cü dəfə təsadüf olunur. Mütləq rekord Neftçi-yə məxsusdur. Bakılılar 1996/97 mövsümündə 47 dəfə fərqlənib. Kəpəz 1995/96 mövsümündə 42, Sumqayıt Xəzər-i 1992-ci ildə 40 qola imza atıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs