Neftçi-nin futbolçusu yeni rekorda imza atdı
Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının bombardiri olan Namiq Ələsgərov 8 qol vurub.
Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Neftçi-nin yarımmüdafiəçisi 8 komandanın mübarizə apardığı çempionatlarda qış fasiləsinə qədər ən çox qola imza atan yerli futbolçu olub.
2016/2017 mövsümündən indiki formatda keçirilən yarışda yalnız bir dəfə fasiləyədək daha çox qol vuran oyunçuya təsadüf olunub. Bu, 3 il əvvəl Qəbələ-də 9 qola imza atmış Baqali Dabodur. Yalnız fransalıdan geri qalan Ələskərov yerli futbolçular arasında ən yüksək göstəriciyə nail olub. O, iki mövsümdə 7, bir dəfə 6 qolla ilk bölümü tamamlayan Mahir Emrelinin nəticəsini arxada qoyub.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR