13/01/2021
16:42
1438
| A A A
Sabah-da daha bir ayrılıq

Sabah daha bir futbolçusu ilə vidalaşıb.

Goal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlumatda bildirilib ki, klub yarımmüdafiəçi Abbas Ağazadə ilə yollarını ayırıb. Əvəzedici heyətin üzvü olan 22 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2019-cu ildən Sabah-da çıxış edib.

Qeyd edək ki, klub qış fasiləsində Yevgeni Koçukla sağollaşıb, Ozan Can Kökçünü isə icarəyə verib.