06/02/2021
15:24
1167
| A A A
Portuqaliya millisində ciddi itkilər

Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə keçirəcəyi oyunda əsas futbolçularının bir neçəsinin xidmətindən məhrum ola bilər.

Goal.az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, buna FİFA-nın koronavirus pandemiyasına görə tətbiq etdiyi yeni qaydalar səbəb olub.

Qərara əsasən, klublar məhdudlaşdırıcı tədbirlər çərçivəsində oyunçuların yığma komandalara getməsini qadağan etmək hüququna malikdir. Yeni tənzimləmə aprel ayına qədər qüvvədədir.

Portuqaliya yığması martdakı qarşılaşmalar üçün İngiltərə Premyer Liqasında çıxış edən Bruno Fernandes (Manchester United), Bernardo Silva (Manchester City), Dioqo Jota (Liverpool) və Rui Patrisionun (Wolverhampton) xidmətindən yararlanmaya bilər. Bu, yığmaya cəlb olunan oyunçuların geri dönüşdə karantinə alınacaqları ilə əlaqədardır. Portuqaliya koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən sayılır və "qırmızı siyahı"da yer alıb.

Almaniya Eintracht-ın hücumçusu Andre Silvanın da eyni səbəbdən Azərbaycan seçməsi ilə görüşdə oynamamaq ehtimalı böyükdür.

Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.(matc)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs