09/03/2021
16:33
2347
| A A A
Löv karyerasıyla bağlı qərar verdi

Yoahim Löv futbol üzrə Avropa çempionatından sonra Almaniya milli komandasının baş məşqçi postunu tərk edəcək.

Goal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis 2022-ci il dünya çempionatınadək olan müqaviləsinin AVRO-2020-dən sonra pozulmasını xahiş edib. DFB isə bu müraciəti müsbət cavablandırıb.

Qeyd edək ki, Yoahim Löv Almaniya millisində 2004-cü ildən köməkçi-məşqçi, 2006-cı ildən isə baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında Bundestim 2014-cü ildə dünya çempionu və 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15559 səs