Portuqaliya millisində növbəti itki
Portuqaliya millisi daha bir ciddi itki ilə üzləşib.
Goal.az xəbər verir ki, yığmanın üzvü, hazırda Porto-da çıxış edən Pepe zədələnib. 37 yaşlı müdafiəçi yerli çempionatın 34-cü turunda Portimonense-yə 2:1 hesabı ilə qalib gəldikləri matçda (2:1) xəsarət alıb.
Qeyd edək ki, Pepe Portuqaliya yığmasının martın 24-də İtaliyanın Turin şəhərinki Juventus stadionunda Azərbaycan millisi, martın 27-də səfərdə Serbiya və martın 30-da Lüksemburqla keçirəcəyi dünya çempionatının seçmə oyunları üçün heyətində yer almışdı.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND