22/03/2021
11:21
1349
| A A A
İtaliya millisi Mançiniylə bağlı qərar verdi

İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Robert Mançini ilə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, 56 yaşlı mütəxəssislə 2022-ci ildə başa çatacaq müqavilənin müddəti 2024-cü ilə qədər uzadılacaq. Eyni zamanda, onunda maaşı illik iki milyon avrodan üç milyon avroya yüksələcək.

Qeyd edək ki, Mançini 2018-ci ildən İtaliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13181 səs