27/03/2021
14:28
1162
| A A A
İtaliya millisində daha üç itki

İtaliya milli komandası daha üç itki ilə üzləşib.

Goal.az xəbər verir ki, müdafiəçi Corco Kyellini, hücumçu Domeniko Berrardi və Françesko Kaputo zədələnib.

İtaliya mətbuatının yazdığına görə, hər üç futbolçu millinin düşərgəsini tərk edərək, klublarına qayıdıblar.

İtaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 28-də Bolqarıstanla, 31-də isə Litva ilə qarşılaşacaq. İtalyanlar hər iki oyunu səfərdə keçirəcək.

İtaliya millisində bundan əvvəl Moyze Kin, Jorjinyo və Brayan Kristante zədələnmişdi.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13168 səs