29/03/2021
15:15
874
| A A A
Rusiya yığmasının 10 futbolçusu dopinq-testə cəlb olundu

Rusiya millisinin 10 futbolçusu 2022-ci il dünya çempionatının seçmə oyunlarından sonra dopinq testindən keçirilib.

Goal.az xəbər verir ki, komandanın düşərgəsinə gedən dopinq nəzarəti müfəttişləri onlardan nümunələr götürüb.

Həmin oyunçuların adları açıqlanmayıb. Prosedurun nizamlı həyata keçirildiyi qeyd olunur.

Qeyd edək ki, Rusiya yığması martın 30-da Slovakiyanın qonağı olacaq. Komanda ilk turda səfərdə Maltanı 3:1, ikinci oyunda isə evdə Sloveniyanı 2:1 hesabı ilə üstələyib.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15563 səs