21/08/2021
19:29
2264
| A A A
Portuqaliyalı baş məşqçi maaşı gecikdiyinə görə istefa verib

Venesuela millisi baş məşqçisi Joze Pezeyru ilə yollarını ayırıb.

Goal.az Venesuela Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsini tərk edib.

Pezeyru köməkçiləri ilə birlikdə maaşı gecikdiyi üçün ayrılmaq qərarına gəlib. Federasiya yeni baş məşqçini tezliklə açıqlayacağını bildirib.

Qeyd edək ki, Joze Pezeyru 2020-ci ilin fevralından yığmaya rəhbərlik edib. (Report)