25/03/2022
13:24
1595
| A A A
Burak Yılmaz milli karyerasını bitirdi

Türkiyə milli komandasının və Lille-in futbolçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özü açıqlama yayıb. O, DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliyaya uduzduqları oyundan (1:3) sonra milli formasında son matçını keçirdiyini deyib:

“Bu gün son oyunumu keçirdim. Milli karyeramdakı son nöqtəni qoydum. Belə bir oyundan sonra milli komanda ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm”.

Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin formasını geyinirdi.