25/03/2022
19:00
871
| A A A
İspaniya millisi baş məşqçisi ilə müqavilənin müddətini uzadacaq

Futbol üzrə İspaniya millisi baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini uzadacaq.

Goal.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası bu il keçiriləcək dünya çempionatından sonra da 52 yaşlı mütəxəssislə yola davam etmək niyyətindədir.

Enrike də yığmadakı işindən razıdır və yeni sözləşmə 2024-cü ilədək nəzərdə tutulacaq.

Qeyd edək ki, Luis Enrike 2018-ci ildən İspaniya yığmasına rəhbərlik edir. (report)