27/03/2022
23:26
972
| A A A
Di Mariya milli karyerasını bitirir?

PSG-nin futbolçusu Anxel Di Mariya Argentina millisindəki karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Goal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə Venesuela ilə DÇ-2022-nin seçmə mərhələsi matçından (3:0) sonra öz açıqlamasında bildirib.

Di Mariya çempionatdan sonra millidəki karyerasını sonlandıracağını deyib.

Qeyd edək ki, Anxel millidə keçirdiyi 122 oyunda 24 qol vurub.