29/03/2022
15:24
1895
| A A A
Türkiyə millisində yeni kapitan

Türkiyə millisinin yeni kapitanı müəyyənləşib.

Goal.az xəbər verir ki, hücumçu Burak Yılmazın yığmadakı karyerasını başa vurmasından sonra yeni kapitan Hakan Çalhanoğlu seçilib.

Yarımmüdafiəçi İtaliyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl baş tutan mətbuat konfransında kapitanlıq sarğısını qürurla daşıyacağını deyib.

Bu gün keçiriləcək Türkiyə - İtaliya matçı saat 23:45-də başlayacaq.