Milli komandada baş məşqçi istefası
Avstriya millisinin baş məşqçisi Franko Foda istefa verib.
Goal.az xəbər verir ki, o, öz istəyi ilə postundan ayrılmağa qərar verib.
Foda 2017-ci ilin oktyabrından Avstriya yığmasına rəhbərlik edir. Almaniyalı məşqçi bu komandanı bütövlükdə 46 oyuna çıxarıb. Bu görüşlərdən 26-sı qələbə, 5-i heç-heçə, 15-i isə məğlubiyyətlə bitib.