30/03/2022
16:27
710
| A A A
Qazaxıstan UEFA Millətlər Liqası oyununa görə cərimələnəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını (KFF) cərimələyəcək.

Goal.az xəbər verir ki, buna Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda azarkeşlərin davranışları səbəb olub.

Fanatlar görüşdə meydana yad əşyalar atıblar. KFF buna görə 10 min avro ödəməli olacaq.

Qeyd edək ki, ilk qarşılaşmada 1:2 hesabı ilə uduzan Moldova ikinci görüşün əsas vaxtını öz xeyirinə başa vurub - 1:0. İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (5:4) Qazaxıstan yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycanla millisi ilə yanaşı Slovakiya və Belarusa rəqib olub. (report)