06/04/2022
14:00
883
| A A A
Niderland millisində baş məşqçi dəyişikliyi olacaq

Barcelona-nın baş məşqçisi Ronald Kuman Niderland millisinə rəhbərlik edəcək.

Goal.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə 2026-cı ilədək müqavilə imzalanıb.

O, Qətərdə keçiriləcək dünya çempionatından sonra komandaya rəhbərlik edəcək və Lui Van Qalı əvəzləyəcək.

Qeyd edək ki, 2021-ci ildən yığmaya rəhbərlik edən Lui Van Qal xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. (report)